Azərbaycanın stend atıcısı III MDB Oyunlarında gümüş medal qazanıb
Qəbələ, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın stend atıcısı Cavid Həsənov III MDB Oyunlarında fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, o, oğlanların yarışında gümüş medal qazanıb.
Rusiyalı German Telenin qızıl, qazaxıstanlı Ratmir Yenikeyev bürünc mükafata yiyələnib.
Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.