Azərbaycanın stolüstü tennis millisinin baş məşqçisi: İdmançılarımızın nəticələrindən razı qaldıq VİDEO
Qəbələ, 29 sentyabr, AZƏRTAC
Yığmanın nəticəsi bizi qane etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın stolüstü tennis üzrə gənclərdən ibarət millisinin baş məşqçisi Elnur Hidayətzadə ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında milli komandanın əldə etdiyi nəticələri dəyərləndirərkən deyib.
O, nəticədən razı qaldığını söyləyib: “Uşaqlar çox gözəl çıxış etdilər. Gözlədiyimizdən daha yaxşı mübarizə apardılar. Ruh yüksəkliyi yüksək idi. Çünki “doğma divarlar” arasında yarışırdılar. Qızıl medal əldə etməyə çalışırdıq. Hazırlığımız yaxşı keçmişdi və idmançılarımızın da gücünə bələd idik. Təəssüf ki, qızıl medal alınmadı. Amma gümüş və bürünc mükafatlar da bizi qane edir".
Qeyd edək ki, Azərbaycan millisi Oyunları 6-sı gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 9 medalla bitirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]