Azərbaycanın stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, sayca üçuncu olan universiadaya sentyabrın 9-da yekun vurulacaq.