Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın terrora məruz qalan ölkələrdən biri olduğu avropalı deputatların diqqətə çatdırılıb

Azərbaycanın terrora məruz qalan ölkələrdən biri olduğu avropalı deputatların diqqətə çatdırılıb

Strasburq, 22 aprel, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə Fransa nümayəndə heyətinin üzvü senator Jan-Mari Bokelin hazırladığı “Özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın fəaliyyətinin humanitar fəsadları” adlı məruzə ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın da terrora məruz qalan ölkələrdən biri olduğu avropalı deputatların diqqətinə çatdırılıb.

Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, bu gün müasir dövrün ən dəhşətli hadisələridən biri müzakirə edilir. Artıq terrorçular özlərini cinayətkarlar qrup kimi deyil, dövlət kimi görürlər. Terror dünyaya infeksiya kimi yayılır. Şübhəsiz, nəticədə idarəolunmaz qeyri-sabitlik artmaqda davan edəcək və Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək.

S.Fətəliyeva deyib ki, terrorun artmasının səbəbi əsl İslam ideyalarına zidd olan insanların dini fanatizmidir. Bununla bərabər onlar özlərini İslam pərdəsi altında gizlədirlər. Əslində isə terrorçuların fəaliyyətinin əsasında dini amillər deyil, əksinə, zorakılıq və qeyri-insanı hərəkətlər dayanır. Məruzədə qaçqınların vəziyyətinin yaxşılaşdırılması, onlar üçün layiqli şəraitin təmin olunması məsələsi də əksini tapır. Lakin əsas məsələ terrorun yayılmasının, günahsız insanların öldürülməsinin qarşısını almağa, müxtəlif ölkələrdən qaçqın axınını dayandırmağa imkan yaradan birgə qərarın qəbul edilməsidir.

Azərbaycan öz ərazilərində terrorçu dövlətin qurulmasından zərər çəkən ölkələrdəndir. Vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsindən sonra terror yuvasına çevrilən həmin ərazilərdən narkotik maddələrin daşınması uçun istifadə olunmasıdır. İyirmi il əvvəl AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktına daha sərt mövqe bildirsəydilər, 1992-ci ildə günahsız azərbaycanlılar soyqırımına və dövlət səviyyəsində terrora məruz qalanda Avropa öz etiraz səsini ucaltsaydı, bu gün bəlkə “İŞİD” də olmazdı. Yaxın Şərqdə təkcə ərazilər və insanlar deyil, mədəniyyətlər və tarix də təcavüzə məruz qalır. “İŞİD”-in tarixi abidələri dağıtmasını əks etdirən kadrları hamı görüb. Eyni zamanda, Dağlıq Qarabağda da belə hallar baş verib. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirir. Bu, beynəlxalq konvensiyalara tamamilə ziddir. Əslində terrorçular üçün nə qanunlar, nə konvensiyalar, nə də insani dəyərlər heç bir məna kəsb etmir.

S.Fətəliyeva deyib: “Mən günahsiz insanlar qətlə yetiriləndə, gənclər terrora cəlb olunanda, saxta din ideyaları naminə şəhid olanda dünya ictimaiyyətinin buna sərt və vaxtında reaksiya verməsini istərdim. Bunlar dəyərlərin, həyat normalarının dəyişməsi və ədalətin olmaması nəticəsində baş verir. Terrorun bütün qurbanlarına ədalətli yanaşmaq lazımdır. Harada baş verməsindən asılı olmayaraq, terrorun hər hansı forması qəbuledilməzdir. İslam və ya başqa din müharibə, zorakılıq, terror aləti kimi istifadə oluna bilməz. Şübhəsiz ki, ekstremizm artır və bu, dünya birliyində birgə fəaliyyətin mövcud olmamasını göstərir. Dövlətlər ümumi təhlükə qarşısında şəxsi maraqlarını kənara qoyub səylərini birləşdirməli, vahid mövqedən çıxış edərək ciddi addımlar atmalıdırlar”.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Sahibə Qafarova isə çıxışında bildirib ki, terror bu gün bütün dünyanı təhdid edən ən böyük hədə, gələcəyimizə ən böyük təhlükədir. Azərbaycan xalqı terrorun nə demək olduğunu burada əyləşənlərin əksəriyyətindən daha yaxşı bilir. Çünki son iki yüz ildə xalqımız dəfələrlə erməni terrorunun qurbanı olub. Bu hadisələrin bəziləri cəmi bir neçə il bundan əvvəl baş verib. 1992-ci il fevralın 26-da ermənilər Azərbaycan şəhəri olan Xocalıda XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Bunu sübut edən minlərlə fakt mövcuddur. Amma çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu soyqırımına hələ də adekvat qiymət verməyib. Bu isə beynəlxalq münasibətlərdə ikili standartların olmasının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, öz xarici siyasətini beynəlxalq hüquq normaları və sülh, sabitlik kimi prinsiplər əsasında davam etdirən Azərbaycan beynəlxalq təhlükəsizlik məsələsinə xüsusi əhəmiyyət verir. Bu kontekstdə Azərbaycan təhlükəsizlik sahəsində birgə fəaliyyət və əməkdaşlığa məxsusi önəm verərək suveren milli dövlət kimi mövqeyini ortaya qoyur. Bu yanaşma dünyanın istənilən nöqtəsində bütün təhdid və dağıdıcılıq xarakterli məsələlərdə özünü göstərir.

Son zamanlar regional və beynəlxalq sabitliyə, insanların təhlükəsizliyinə ciddi təhdid yaradan hallardan biri də Yaxın Şərqdə “İŞİD” adlı terror qruplaşmasının dağıdıcı fəaliyyətidir. Bu cür fəaliyyət konkret olaraq beynəlxalq terrorizm kateqoriyasına aiddir və Azərbaycan belə dağıdıcı, bəşəriyyət əleyhinə yönəlmiş aktları birmənalı şəkildə qınayır və yolverilməz hesab edir. Ümumiyyətlə, Azərbaycan dövləti beynəlxalq terrorizmlə mübarizədə dünya ictimaiyyətinin səylərini dəstəkləyir, eyni zamanda, bu prosesdə fəal təmsil olunur. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində dünyanı narahat edən bir sıra mühüm məsələləri, o cümlədən terrorizm, beynəlxalq təhlükəsizlik problemini müzakirəyə çıxararaq başlıca məsələ və prinsipləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bir sözlə, Azərbaycan öz strateji kursu ilə beynəlxalq miqyasda təhlükəsizliyinin təmin olunması, xüsusilə də terrorizmlə mübarizədə fəal iştirak edir. Bu, ilk növbədə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə ciddi önəm verməsi ilə bağlıdır.

Məruzənin qətnamə layihəsinin müzakirəsi zamanı yenidən qondarma “erməni soyqırımı” məsələsini qaldıran və Türkiyə və İslam əleyhinə fikirlər səsləndirən Ermənistan nümayəndələrinə kəskin cavab verən deputat Qənirə Paşayeva deyib: “Ölkəniz azərbaycanlılara qarşı terror aktları həyata keçirəndə niyə etiraz etmirdiniz? İndi burada terrorizmə qarşı mübarizədən danışırsınız”.

Bu məsələdə AŞPA-nın ikili standartlara yol verdiyini diqqətə çatdıran deputat deyib: Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə “İŞİD”-in peyda olması region və bütövlükdə dünya üçün ciddi təhlükə mənbəyidir. Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, region ölkələri humanitar fəlakətlə üzləşiblər. Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Biz Türkiyənin bu istiqamətdə səylərini təqdir etməliyik. AŞPA bütün üzv dövlətləri onların məsuliyyətini öz üzərlərinə götürməyə və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən Assambleyamıza İraqda və Suriyada yaşayan milyonlarla türkmənin, onların təmsilçilərinin səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq istəyirəm. Bir neçə gün əvvəl İraqda yaşayan türkmənlər mənə üzərində qətlə yetirilmiş türkmənlərin qanı olan bayraq göndərmiş və xahiş edirdilər ki, onların səsini Assambleyada sizlərə çatdırım. Əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları burada həmkarlarım tərəfindən səsləndirildi. Ermənistan nümayəndə heyətinin bəzi üzvləri yenə də burada Türkiyə və İslam əleyhinə yanlış fikirlərlə çıxış etdilər. Mən onlardan sizin qarşınızda soruşmaq istəyirəm: 23 il əvvəl Azərbaycan torpaqlarını işğal edən zaman terrora dəstək verən Ermənistanın təmsilçiləri terror təşkilatları bu ölkənin dəstəyi ilə Azərbaycanda metroları, qatarları, avtobusları partladıb yüzlərlə insanı, uşağı qətlə yetirəndə niyə buna etiraz səslərini ucaltmırdılar? O zaman təəssüf ki, bütün çağırışlarımıza baxmayaraq, avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan dəstəyi ala bilmədik. Bu məsələdə ikili standartlara yol vermək olmaz”.

Q.Paşayeva bildirib ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir. Biz Avropada islamofobiya təmayüllərinin artmasından ciddi narahat olmalıyıq. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri radikal qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də Avropada islamofobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir