Azərbaycanın U-17 millisi seçmə mərhələdə son oyununu keçirib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma son matçında Malta ilə üz-üzə gəlib. “ASCO Arena”da təşkil olunan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçı portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edib.
Qrupun digər oyununda Bolqarıstan Lüksemburqu 4:0 hesabı ilə üstələyib. Bununla da bolqarlar 6 xalla qrup qalibi olub. Azərbaycan komandası isə 3 xalla sonuncu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]