Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib

Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud dünya yazıçılarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciət türk, rus, ingilis, alman, ərəb, fransız və ispan dillərində Türkiyə Yazarlar Birliyinin sədri Musa Kazım Arıcana, Rusiya Federasiyası Yazıçılar İttifaqının sədri Nikolay İvanova, Ukrayna Respublikası Yazıçılar İttifaqının sədri Mixail Sidorjevskiyə, Belarus Respublikası Yazıçılar İttifaqının sədri Nikolay Çerniqetsə, Gürcüstan Respublikası Yazıçılar İttifaqının sədri Makvala Qonaşviliyə, Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelova, Estoniya Respublikası Yazıçılar İttifaqının sədri Tiyt Alekseyevə, Latviya Respublikası Yazıçılar İttifaqının sədri Arno Yundzeyə, Litva Respublikası Yazıçılar İttifaqının sədri Birute Yonuşkayte-Auqustinenə, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriçə, Slovakiya Yazıçılar İttifaqının sədri Miroslav Belikə, İspaniya Krallığı Yazıçılar İttifaqının sədri Manuel Rikoya, Avstriya Yazıçılar İttifaqının sədri Marianne Qruberə, Almaniya Yazıçılar İttifaqının sədri Lena Falkenxagenə, İsveçrə Konfederasiyası Yazıçılar İttifaqının Prezidenti Nikolas Couchepinə, Meksika Birləşmiş Ştatları Yazıçılar İttifaqının sədri Euxenio Agirreyə, Argentina Respublikası Yazıçılar İttifaqının sədri Alexandro Vakkaroya, Kuba Respublikası Yazıçılar İttifaqının sədri Migel Barnetə, Fransızdilli Yazıçılar Assosiasiyasının sədri Jak Şevryeyə, Suriya Yazıçılar Birliyinin sədri Malik Sakura, İordaniya Yazıçılar və Ədiblər Birliyinin sədri Alyan Eladvana, Misir Yazıçılar Birliyinin sədri və Ərəb Yazıçılar Birliklərinin baş katibi D.Ala Abdul Hadiyə, Birləşmiş Ərəb Əmirliklərinin Yazıçılar və Ədiblər Birliyinin sədri Alhanof Muhammedə, Fələstin Yazıçılar Birliyinin sədri Murad Əlsudaniyə, Birləşmiş Krallıq Yazıçılar Assosiasiyasının prezidenti Sandi Toksvik Obeyə, Macarıstan Yazıçılar Birliyinin sədri Sentmartoni Yanoşa göndərilib.

Müraciətdə deyilir: “Əziz həmkarlarım!

Sizi bədii yaradıcılığın, böyük ədəbiyyatın başlıca meyarı olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında törədilən erməni vəhşiliyinə, insani, milli, bəşəri dəyərlərin məhvinə yönələn amansız erməni terroruna “Yox!” deməyə çağırıram! Bu gün 30 ildən çox müddət ərzində işğal altında olan əzəli torpaqları uğrunda döyüşən Azərbaycan ordusuna, onun dinc əhalisini qırmaqla cavab verən məkrli erməni siyasətinin tarixi kökləri hələ ötən əsrin əvvəllərinə - torpaq və ərazi iddiasıyla on minlərlə günahsız azərbaycanlının öz torpaqlarında - şəhər və kəndlərində qətlə yetirildiyi 1905-1906-cı illərə təsadüf edir. XIX əsrin əvvəllərində Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə bağlanmış 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq, taleyin qara yazısıyla Azərbaycana - onun İrəvan xanlığının yerləşdiyi əzəli torpaqlarına (indiki Yerevana) köçürülən, sovet rejimi dövründə həmin ərazidə özünə “Sovet Ermənistanı” dövlətini yaradan bu millətin torpaq və ərazi iddialarıyla Azərbaycanda 1918-1920-ci, 1948-1953-cü, 1988-1994-cü illərdə törətdiyi ən dəhşətli deportasiya və soyqırımlardan biri də 1992-ci ildə Azərbaycanın bütöv bir şəhərinin Yer üzündən silindiyi, qadınların, uşaqların xüsusi işgəncələrlə qətlə yetirildiyi dəhşətli Xocalı soyqırımıdır ki, həmin hadisənin davamı bu gün bütün dünyanın gözü qarşısında uzaqmənzilli raket atəşi zərbələriylə Azərbaycanın böyük şəhərlərində, kənd və rayonlarında həyata keçirilir. Yerli dinc əhali, körpələr, qadınlar, uşaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrinə atılan raketlər və ağır artilleriya zərbələri nəticəsində həyatlarını itirir. Müstəqilliyə yenicə qədəm qoyduğu mürəkkəb 90-cı illərdə ölkədə yaranmış qeyri-stabil ictimai-siyasi vəziyyətdən sui-istifadə edərək Azərbaycanın əzəli torpaqlarının bir hissəsini işğal edən, bu illər ərzində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün tanıdılmasına dair 4 qətnaməsini havadarlarına arxalanaraq saya salmadan, azərbaycanlılara qarşı çirkin etnik təmizləmə əməliyyatını həyata keçirməyə davam edən erməni vandalların heç bir çərçivəyə, insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi və obyektiv qiymət verilməsi, dünyanın gözü qarşısında törədilən bu tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi uğrunda haqq səsinizi ucaltmağınızı xahiş edirəm!”

Xocalıda törədilən erməni vəhşilikləri və Gəncə hadisəsinin şəkilləri müraciətə əlavə olunub.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb