Azərbaycanın xarici işlər naziri Brüsselə yola düşüb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Əfqanıstan üzrə xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak etmək üçün dekabrın 2-də Brüsselə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, NATO-nun mənzil-qərargahında keçiriləcək iclasda Elmar Məmmədyarovun çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.