Azərbaycanın xarici işlər naziri Fransaya yola düşüb
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun fransalı həmkarı Jan-Mark Ayrolt və Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşləri nəzərdə tutulub.