Azərbaycanın xarici işlər naziri İsveçrəyə yola düşüb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarovun iclasda çıxışı, bir sıra ikitərəfli görüşləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.