Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tirana şəhərində start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, 55 kiloqramda çıxış edən Eldəniz Əzizli 1/8 finalda Bayram Sina ilə qarşılaşacaq. Nihat Məmmədli (63 kiloqram) ABŞ təmsilçisi İldar Hafizovla münasiblərini aydınlaşdıracaq.
Ülvü Qənizadə (72 kiloqram) 1/8 final mərhələsində Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
82 kiloqram çəkidə xalça üzərinə çıxacaq Qurban Qurbanov isə albaniyalı Kevin Kupi ilə görüşəcək.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]