Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 9 medalla başa vurublar
Manama, 30 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçiləri Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 9 medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, yığmanın heyətində Mikayıl İsmayılov (110 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yalnız finalda məğlub olan Şahid Nəbiyev (48 kiloqram), Nihat Bəhmənov (51 kiloqram), Əmrah Əmrahov (55 kiloqram), Akif Nəcəfli (65 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) gümüş, Turan Daşdəmirov (55 kiloqram), Nihat Tağıyev (60 kiloqram) və Emil Abasov (80 kiloqram) isə bürünc mükafata layiq görülüblər.
Qeyd edək ki, Azərbaycanın 16 növ üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadaya bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]