Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib


Bakı, 14 mart, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [18:24]
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
- 24.04.2025 [13:09]
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
- 21.04.2025 [14:36]
Müdafiə nazirinin müavinləri Qətərə səfər ediblər
- 20.04.2025 [12:11]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 19.04.2025 [09:07]
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- 18.04.2025 [18:28]