Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri yüksək səviyyədədir
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələri yüksək səviyyədədir və biz bundan çox razıyıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Jandarma Baş komandanı, ordu generalı Necdət Özəl demişdir.
Ordu generalı demişdir: “Bu, mənim Azərbaycana ilk səfərimdir. Səfər çərçivəsində bir sıra görüşlərim nəzərdə tutulmuşdur. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair məsləhətləşmələr aparacağıq”.
Necdət Özəl iki dost və qardaş ölkə arasındakı əlaqələrin bundan sonra da bütün istiqamətlərdə genişlənəcəyinə əminliyini söyləmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]