Azərbaycanla Yaponiyanın qarşılıqlı ixrac və investisiya potensialının artırılması müzakirə edilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, fondun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Səfir C.Vada ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına önəm verdiyini qeyd edərək, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]