Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı alimdən Gürcüstandakı soydaşlarımızın dil irsinə mühüm töhfə

Tbilisi, 10 iyul, AZƏRTAC

Dil xalqın tarixi yaddaşını, milli-mədəni irsini və mənəvi dəyərlərini qoruyan ən mühüm vasitələrdən biridir. Dialektlər isə dilin tarixi inkişaf mərhələlərini, müxtəlif coğrafi mühitlərdə formalaşan xüsusiyyətlərini özündə yaşadan canlı nümunələrdir. Azərbaycan dilinin Gürcüstanda qorunub saxlanılan dialektlərinin öyrənilməsi həm Azərbaycan dilçiliyi, həm də Qafqazşünaslıq baxımından xüsusi əhəmiyyət daşıyır.

Gürcüstanda yaşayan soydaşımız filoloq Elvira Aslanova Azərbaycan dilinin Gürcüstandakı dialekt irsinin araşdırılması istiqamətində mühüm elmi araşdırmalar aparıb. Bu günlərdə o “Azərbaycan dilinin Gürcüstandakı Qazax dialekti” mövzusunda doktorluq işini müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

AZƏRTAC–ın xüsusi müxbiri gənc alimlə görüşüb, onun araşdırmaları, elmi-tədqiqat işləri ilə maraqlanıb.

Elvira Aslanova 1981-ci il mayın 10-da Tbilisi şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Binəqədi rayonundakı 115 nömrəli orta məktəbdə alıb, 1998-ci ildə həmin məktəbi fərqlənmə ilə başa vurub. Elə həmin il Tbilisi Dövlət Universitetinə daxil olan soydaşımız təhsildə qazandığı uğurlarına görə, 1999-cu ildə akademik Arnold Çikobava adına təqaüdə layiq görülüb.

Universitetin Filologiya fakültəsinin rus dili və ədəbiyyatı ixtisasını, əlavə olaraq Qafqaz dilləri üzrə bakalavr proqramını bitirib. 2002–2004-cü illərdə Qafqazşünaslıq magistratura proqramında təhsil alan tədqiqatçı 2004-cü ildə Qafqaz dilləri üzrə magistr dərəcəsi qazanıb. Bundan sonra o, 2010-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili istiqaməti üzrə elmi təcrübə keçib. Azərbaycan dilinin tədrisi və müasir dilçilik yanaşmaları ilə bağlı mühazirə və seminarlarda iştirak edən soydaşımız təhsilini davam etdirmək qərarına gəlib və 2012-ci ildə Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq doktorantura proqramına qəbul olunub. Artıq 15 ilə yaxındır ki, həmin universitetin Qafqazşünaslıq Tədris-Elmi İnstitutunun Azərbaycanşünaslıq modulunda dəvətli müəllim kimi fəaliyyət göstərir. Azərbaycan dili, Azərbaycan ədəbi dilinin tarixi, Azərbaycan ədəbiyyatı və tədris metodikası üzrə dərslər aparır, tələbələrin elmi fəaliyyətinə rəhbərlik edir.

E.Aslanova deyib: “Elmi fəaliyyətimin əsas istiqamətini Azərbaycan dilinin Gürcüstanda yayılmış Qazax dialektinin tədqiqi təşkil edir. Doktorluq dissertasiyam da “Azərbaycan dilinin Gürcüstandakı Qazax dialekti” (“Gürcüstanda yayılmış Azərbaycan dilinin Qazax dialekti”) mövzusuna həsr olunub.

Elmi işin müdafiəsi zamanı gürcü alimlər çıxış edərək onun araşdırmalarımın xüsusi əhəmiyyət daşıdığını bildirdilər. Qeyd edildi ki, bu tədqiqatın aktuallığı Gürcüstanda işlənən Azərbaycan dilinin Qazax dialektinin fonematik sisteminin indiyədək sistemli şəkildə araşdırılmaması ilə müəyyən edilir. Tədqiqat işi bu dialektin fonetik-fonoloji xüsusiyyətlərinin kompleks öyrənilməsinə həsr olunmuş ilk fundamental araşdırmalardan biri kimi qiymətləndirilib. Bildirilib ki, dissertasiya bu istiqamətdə aparılmış ilk sistemli elmi tədqiqatlardan biri olmaqla dialektologiya və türkologiya üçün yeni elmi faktlar ortaya qoyur.

E.Aslanova bildirir ki, Gürcüstanda Azərbaycan dilinin Qazax dialekti geniş yayılmasına baxmayaraq, onun fonematik sistemi bu günədək müstəqil tədqiqat obyekti kimi kompleks şəkildə araşdırılmayıb.

Onun sözlərinə görə, Azərbaycan dialektologiyasının öyrənilməsinin əsasları XIX əsrdə yaranıb. Gürcüstanda yayılan Azərbaycan dili nümunələrinin məqsədyönlü tədqiqi isə xüsusilə XX əsrin əvvəllərindən fəallaşıb. Bu istiqamətdə həm azərbaycanlı, həm də gürcü alimlər mühüm araşdırmalar aparıblar. Lakin, Qazax dialektinin fonematik sisteminin kompleks şəkildə araşdırılması indiyədək ayrıca tədqiqat obyekti olmayıb.

Qeyd edək ki, araşdırma zamanı 2014-cü ildən etibarən Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrində – Kvemo Kartli, Kaxeti, Şida Kartli (Qori, Kaspi) və Mtsxeta-Mtianeti bölgələrində aparılmış çoxillik sahə tədqiqatlarının materiallarından istifadə edilib.

Tədqiqat nəticəsində müəyyən olunub ki, Azərbaycan dilinin Gürcüstandakı Qazax dialekti zəngin və mürəkkəb fonematik sistemə malikdir. Dialektdə ümumilikdə 50 fonem qeydə alınıb.

Alimlər qeyd ediblər ki, E.Aslanovanın tədqiqatı Azərbaycan dialektologiyasının öyrənilməsinə, Gürcüstanda yaşayan azərbaycanlıların dil irsinin qorunmasına və türk dillərinin tarixi inkişafının araşdırılmasına mühüm töhfə verir. Onların fikrincə, dialektlər yalnız dil hadisəsi deyil, həm də xalqın tarixi yaddaşını yaşadan mənəvi sərvətdir. Bu baxımdan Azərbaycan dilinin Gürcüstandakı Qazax dialektinin öyrənilməsi gələcək nəsillər üçün mühüm elmi və mədəni əhəmiyyət daşıyır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir