AZƏRBAYCANLI FUTBOL HAKİMİ GƏNCLƏR ARASINDA AVROPA ÇEMPİONATININ OYUNLARINA TƏYİNAT ALMIŞDIR
Bakı, 19 fevral (AZƏRTAC). FİFA referisi Babək Quliyev 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin elit raundunun 6-cı qrupunun oyunlarına təyinat almışdır.
AFFA-dan bildirmişlər ki, B.Quliyev mayın 26-dan iyunun 2-dək İngiltərədə təşkil olunacaq qrup görüşlərini idarə edəcəkdir. Bu qrupda İngiltərə, Şotlandiya, Slovakiya və Bosniya və Herseqovina komandaları mübarizə aparırlar.
Babək Quliyevlə yanaşı, referi köməkçisi Əliyar Ağayev yarışda ədalət prinsiplərini qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]