Azərbaycanlı futbolçu dopinqə görə 2 illik cəzalandırılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
I Divizionda çıxış edən “Zaqatala” klubunun futbolçusu Mahmud Məmmədov cəzalandırılıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan oyunçu Azərbaycan Milli Antidopinq İntizam Komitəsinin (AMAİK) qərarı ilə 2 illik diskvalifikasiya olunub.
“Neftçi- 2” ilə oyun zamanı M. Məmmədovdan götürülmüş nümunələr Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən laboratoriyaya göndərilmiş və müvafiq hesabata əsasən, futbolçunun qanında qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.
FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilmiş qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.
Məcburi şərti kənarlaşdırma cəzası 28 iyun 2022-ci il tarixindən hesablanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]