Azərbaycanlı tələbələr üçün İzmirdə oriyentasiya proqramı təşkil olunub
Gəncə, 18 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində İzmir şəhərində təhsil alan tələbələrimiz üçün oriyentasiya proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram çərçivəsində azərbaycanlı tələbələr türklərin doğum, toy və digər adət-ənənələri, əyləncə mədəniyyəti ilə tanış olublar. Tələbələr İzmir Milli Kitabxanasında XVII əsrə aid əsərlərə baxış keçiriblər.
Daha sonra onlar Kemeraltı bazarında keçirilən tanıtım və mədəniyyət turunda xəttatlıq və keçə ustalarının işləri ilə tanış olublar.