“AzerGold” QSC-nin istiqrazlarının hərracında tələb təklifi 2,5 dəfə üstələyib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Bakı Fond Birjasında (BFB) “AzerGold” QSC-nin AZ2001019879 dövlət qeydiyyat nömrəli, 10 milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold” QSC-nin 10 milyon dollar məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 25 milyon dollardan yuxarı məbləğdə sifariş toplanıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 2,5 dəfə üstələyib. Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 dollar (4 faiz) və 102.8587 dollar (3 faiz) olan 88 sifariş təqdim edilib. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.81 dollar (3,71 faiz), orta ölçülmüş qiyməti 101.7493 dollar (3,38 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon 592 min 600 dollar, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]