Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azəristiliktəchizat” ASC noyabrın 15-dən Bakıda 3750 binanı istiliklə təmin edəcək

“Azəristiliktəchizat” ASC noyabrın 15-dən Bakıda 3750 binanı istiliklə təmin edəcək

Bakı, 7 noyabr, AZƏRTAC

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı işlər yekunlaşmaq üzrədir və son sınaq-sazlama işlərinin aparılaraq bütün avadanlıqların istismara hazır vəziyyətə gətirilməsi üçün zəruri işlərin yaxın on gündə başa çatdırılması təmin ediləcək.

“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılması və mövsüm ərzində cəmiyyətə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir edilib, 1092 ədəd qazan mexaniki və kimyəvi üsullara təmizlənib, 20 min 571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunub, 144 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili istilik xətlərində 9855 kvadratmetr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 15 min 482 kvadratmetr dam örtüyü təmir edilib. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit materialları dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 1052 kilometrlik istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 27,3 kilometr məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 569 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb.

Hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər davam etdirilir.

Eyni zamanda, bildiririk ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.

Bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədilə “Azəristiliktəchizat” ASC-nin 956 saylı “Çağrı mərkəzi” fəaliyyət göstərir ki, bu da vətəndaş müraciətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunması istiqamətində fəaliyyətin səmərəliliyini daha da artırıb. Eyni zamanda, “Azəristiliktəchizat” ASC-nin “azeristilik.gov.az” saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər.

Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması, şəffaflığın artırılması və nağdsız ödənişin təşviq olunması məqsədilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan Hökumət Ödəniş Portalına və respublikada fəaliyyət göstərən bütün əsas ödəniş portalları və terminallarına qoşulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsinə qərar verilib

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək

Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK