“Azərreyl” iki voleybolçu ilə müqavilənin müddətini uzadıb
Bakı, 7 may, AZƏRTAC
Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası iki legioner oyunçusu ilə müqaviləni yeniləyib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “dəmiryolçular” rusiyalı Sergey Platanenkov və iranlı Məhəmmədhüseyn Çarklui ilə sözləşmənin müddətini uzadıb. Həmin voleybolçular daha bir il Bakı klubunda çıxış edəcəklər.
Hər iki oyunçu 2023-cü ildən “Azərreyl”in formasını geyinir.
Qeyd edək ki, Yüksək Liqanın son qalibi “Azərreyl” daha əvvəl baş məşqçisi Boris Qrebennikov ilə yeni müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [13:43]
Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq
- 04.09.2026 [13:26]
Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm
- 04.09.2026 [13:23]
Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb
- 04.09.2026 [13:21]
Ayxan Abbasov: Klublar gənclərə inanmalıdır ki, millidə yeni oyunçular görək
- 04.09.2026 [13:00]
Renat Dadaşov Ukrayna klubuna keçir - EKSKLÜZİV
- 04.09.2026 [11:27]