“Azneft” İB-nin dərin dəniz özülündə baş verən yanğın söndürülüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı dərin dəniz özülündə yanğın qeydə alınıb.
AZƏRTAC “Azneft” İB-yə istinadla xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]