“AZNEFT”DƏ İLİN BİRİNCİ YARISININ YEKUNLARINA DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Baş direktor Şahin İsmayılov birliyin ötən altı ayda qazandığı nailiyyətlərdən danışmışdır. Qeyd olunmuşdur ki, birliyin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələri ilin birinci yarısının proqnozlarını artıqlaması ilə yerinə yetirmişlər. Həmin dövrdə 3 milyon 909 min 327 ton neft hasil edilərək tapşırığa 102 faiz əməl olunmuşdur. Qaz hasilatı üzrə altı aylıq proqnoz 111,9 faiz (2 milyard 439 milyon 213 min kubmetr) təşkil etmişdir. Neft və qazın dövlətə təhvil verilməsində də artım müşahidə edilmişdir.
Çıxış edənlər bildirmişlər ki, ekoloji məsələlər, qazma işlərinin sürətləndirilməsi, quyuların fəaliyyətsiz fonddan işlək fonda daha intensiv daxil edilməsi, qazma idarələrinin müvafiq avadanlıqla təchizatı, quyulardan neft və qaz yığımı və nəqli sisteminin təkmilləşdirilməsi qarşıda duran başlıca vəzifələrdir.
Müşavirədə həmin tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]