Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun 40 illik yubileyi qeyd olunub

Babək, 22 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 22-də Babək rayonunda dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ali Məclisin Sədri inzibati binanın yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edərək deyib: Bu gün Babək rayonunun 40 illik yubileyi qeyd olunur. Ötən 40 ildə Babək rayonu şərəfli inkişaf yolu keçmişdir. Rayonun inkişafında və formalaşmasında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların kollektivləri də fəal iştirak edərək əmək sərf etmişlər. Bütün bunların nəticəsidir ki, Babək muxtar respublikamızın qabaqcıl inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.

Ali Məclisin Sədri Babək rayonunun inkişafında fəaliyyəti olanların hər birinə təşəkkür edib.

Babək Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbov minnətdarlıq edərək deyib: Bu gün muxtar respublika tarixinin inkişaf dövrünü yaşayır, şəhər, qəsəbə və kəndlərimiz yenidən qurularaq müasir görkəm alır. Görülən işlər Babək rayonunda da uğurla davam etdirilir. Açılışına toplaşdığımız inzibati binada fəaliyyət göstərən dövlət orqanları şəraiti olmayan vəziyyətdə əhaliyə xidmət göstərirdilər. Lakin bu gün dövlət qurumlarının və ictimai təşkilatların rahat işləmələri və əhaliyə nümunəvi xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. İnzibati bina bütün növ inventar və avadanlıqlarla təchiz edilib. Əmin edirik ki, yaradılan şəraitdən bəhrələnərək əhaliyə nümunəvi xidmət göstərəcəyik.

Sonra Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, inzibati bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binada rayonun 8 dövlət orqanı və 5 ictimai təşkilatı üçün müasir iş şəraiti yaradılıb. Birinci mərtəbədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi, Babək Rayon Ağsaqqallar Şurası, Babək bələdiyyəsi, ikinci mərtəbədə Babək Rayon Dövlət Sığorta Agentliyi, “Şərqin səhəri” qəzetinin redaksiyası, Statistika İdarəsi, üçüncü mərtəbədə rayon Birləşmiş Həmkarlar İttifaqları Komitəsi, Məşğulluq Mərkəzi, Babək Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika İctimai Birliyinin Babək Rayon Şöbəsi, Qızıl Aypara Komitəsinin Babək Rayon bölməsi və Babək Rayon Gənclər və İdman İdarəsi yerləşir.

Binanın dördüncü mərtəbəsində Babək Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, zirzəmi qatında isə mərkəzin bakterioloji, sanitar-kimyəvi və parazitoloji laboratoriyaları üçün lazımi iş şəraiti yaradılıb, bufet istifadəyə verilib.

Binanın ətrafında abadlıq işləri aparılıb və yaşıllıq sahəsi salınıb.

Həmin gün Babək Rayon Mədəniyyət Evində Babək rayonunun 40 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Ali Məclisin Sədri Mədəniyyət Evinin foyesində Babək rayonunun sosial-iqtisadi inkişaf göstəricilərinə həsr olunmuş stendlərə baxıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun təşkil olunmasının 40 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, Babək rayonunun əhalisini təbrik edərək deyib: 40 il bundan əvvəl Babək rayonunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Ulu Öndər bir tərəfdən milli şüurun bərpası istiqamətində tədbirlər həyata keçirir, digər tərəfdən isə regionlarda geniş quruculuq işlərinin aparılması, dağ, eləcə də sərhəd kənd və rayonlarının möhkəmləndirilməsi, yeni qəsəbələrin, rayonların yaradılması barədə qərarlar qəbul edirdi. O dövrdə yeni yaranan rayonlardan biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonu idi. 1978-ci ildə xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri deyib: Yarandığı dövrdən ötən illər ərzində Babək rayonu böyük inkişaf yolu keçmiş, Ulu Öndərimizin quruculuq xətti rayonun görkəmini dəyişmiş, onu müasir və inkişaf etmiş rayona çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Babək rayonunun sosial-iqtisadi inkişafı sahəsində əsaslı tədbirlər görülmüş, geniş quruculuq işləri aparılmışdır. Ölkə Prezidentinin 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən Hacıvar-Vayxır-Sirab, 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu, həmçinin Yarımca-Qahab-Nəcəfəli Dizə-Naxışnərgiz avtomobil yolu yenidən qurulmuşdur. Rayon mərkəzində və kəndlərdə müasir şəhər infrastrukturu yaradılmış, təhsil, səhiyyə, mədəniyyət ocaqları, inzibati binalar və xidmət sahələri, emal müəssisələri tikilərək istifadəyə verilmişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən 2008-ci ildə Babək rayonunun 30 illik yubileyi geniş qeyd olunub. Yubileydən ötən 10 il ərzində Babək rayonunda 26 təhsil, 29 səhiyyə, 28 mədəniyyət müəssisəsi, 43 inzibati bina, 11 körpü, 130 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilib və yenidən qurulub, müasir avtomobil yolları çəkilib. Babək rayonunda yeni texnologiyaların tətbiqi sahəsində də böyük uğurlar qazanılıb, rayon ərazisi rabitə xidməti və internetlə təmin olunub, rayondakı ümumtəhsil məktəblərində 791 kompüter və 96 elektron lövhə quraşdırılıb. Son illər müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində Babək rayonu aqrar rayondan aqrar-sənaye rayonuna çevrilib. Ötən 10 ildə rayonda sənaye məhsulunun həcmi 5 dəfə artıb. Hazırda rayonda 62 adda sənaye məhsulu istehsal olunur.

Ali Məclisin Sədri deyib: Babək rayonu kənd təsərrüfatı sahəsində Naxçıvan Muxtar Respublikasının qabaqcıl rayonlarındandır. Burada əkinçiliyin və heyvandarlığın inkişafı sahəsində mühüm nailiyyətlər qazanılmışdır. Fermer və torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin artırılması, ailə təsərrüfatlarının formalaşdırılması, texnika və avadanlıqlarla təminatın yaxşılaşdırılması, meliorasiya tədbirlərinin gücləndirilməsi, yeni açıq və qapalı suvarma xətlərinin çəkilməsi kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərmiş, ötən illərdə rayon ərazisində 6826 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2017-ci ildə muxtar respublika üzrə kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi, yaxud 96 milyon manatı Babək rayonunun payına düşmüşdür.

Müstəqillik illərində Babək rayonu müasir yaşayış məntəqəsinə çevrilmişdir. Ötən dövrdə rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılmış, rayon mərkəzində yeni inzibati və yaşayış binaları tikilmişdir. Bu gün Babək rayonunda bir məktəbəqədər təhsil müəssisəsi, 36 ümumtəhsil məktəbi, 5 uşaq musiqi məktəbi, 2 muzey, 36 kitabxana, 17 mədəniyyət evi, 13 klub, 3 xəstəxana, 13 həkim ambulatoriyası, 18 feldşer-mama məntəqəsi və gigiyena epidemioloji mərkəz fəaliyyət göstərir. Rayonda böyük sahibkarlar sinfi formalaşmışdır. Özəl bölməyə göstərilən qayğıdan səmərəli istifadə nəticəsində yeni istehsal müəssisələri yaradılmışdır. Davamlı sosial-iqtisadi inkişafın, müasir infrastruktur və əhali məşğulluğunun təmin olunması rayonda demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, 1 oktyabr 2018-ci il tarixə Babək rayonunda əhalinin sayı 1978-ci ilin sonu ilə müqayisədə 32 min nəfər və ya 75 faiz artaraq 75 min nəfəri keçmişdir ki, onun da 39 mini məşğul əhalidir.

Ali Məclisin Sədri deyib: Babək rayonunun inkişafından danışarkən rayon əhalisinin zəhmətini və yaradıcı əməyini xüsusilə qeyd etmək lazımdır. Çəkilən böyük zəhmət və seçilən düzgün yol rayonu davamlı inkişafa qovuşdurmuşdur. Babəklilər hər zaman ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqət göstərmişlər və hazırda da bu yolu davam etdirir, ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafına öz töhfələrini verirlər. Rayon sakinlərinin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Müstəqillik illərində rayon sakinlərindən 114 nəfəri ölkəmizin müxtəlif orden, medal və fəxri adlarına, 13 nəfəri Prezident təqaüdü və mükafatına, 55 nəfəri Naxçıvan Muxtar Respublikasının müxtəlif fəxri adlarına, 44 nəfəri Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə və “Rəşadətli əməyə” görə nişanlarına layiq görülmüşdür.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycana bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”. Bu gün yaranmasının 40 illiyini qeyd etdiyimiz Babək rayonu və Babək qəsəbəsi də Ulu Öndərimizin yadigarları kimi yaşayır və inkişaf edir.

Ali Məclisin Sədri Babək rayonunun gələcəkdə daha böyük inkişafa qovuşacağına əminliklə bir daha yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək deyib ki, bu gün muxtar respublikanın digər rayonları kimi Babək rayonunun da qəsəbə və kəndləri müasir infrastruktura malikdir. 1996-cı ildən başlayaraq rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin səmərəli məşğulluğu təmin edilib. Hazırda rayonda yüngül, yeyinti, kağız, karton və poliqrafiya, tikinti sahələrini əhatə edən 70-dən artıq müəssisə fəaliyyət göstərir. 2017-ci ildə muxtar respublikada qeydə alınmış ümumi məhsul istehsalının 10,8 faizi Babək rayonunun payına düşüb. Aparılmış tədbirlərin nəticəsi olaraq 2017-ci ildə rayonda 16 min 172 hektar torpaq əkilib ki, bu da 1978-ci ildəki göstəricidən 1,7 dəfə çoxdur. Bu dövrdə dənli və dənli paxlalılar əkini 1,5 dəfə, kartof əkini 18,3 dəfə, tərəvəz əkini 13,7 dəfə, ərzaq üçün bostan bitkiləri əkini 18 dəfə, meyvə və giləmeyvə bağlarının sahəsi isə 8 dəfəyə yaxın artıb.

Qeyd olunub ki, 2000-ci ildən ötən müddət ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda kənd təsərrüfatı yönümlü 207 layihənin maliyyələşdirilməsinə 3 milyon 515 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 55 heyvandarlıq, 14 quşçuluq, 25 arıçılıq, 20 bağçılıq, bir balıqçılıq təsərrüfatı və 5 istixana kompleksi yaradılıb. Son 20 ildə rayonda 41 təhsil ocağı, o cümlədən 13 min 136 şagird yerlik 35 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 5 uşaq musiqi məktəbi, 34 səhiyyə obyekti, 28 mədəniyyət obyekti, 3 idman obyekti, 63 inzibati bina, 161 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib, 2017-ci ildə rayonda, ümumilikdə, 17 min 480 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq bu gün rayon ərazisinin 98 faizi sürətli internetlə təmin edilib. Son dövrlər Babək rayonunda yeni iş yerlərinin açılması geniş vüsət alıb, 2004-cü ildən 1 oktyabr 2018-ci il tarixədək 8746 yeni iş yeri açılıb ki, bunun da 6862-si və ya 78,5 faizi daimi iş yerləridir.

Yubiley tədbirində çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, muxtar respublika rəhbərinin yüksək diqqət və qayğısı sayəsində bu gün Babək rayonu intibah dövrünü yaşayır. Belə ki, Babək qəsəbəsi və kəndlərimiz kompleks şəkildə abadlaşdırılıb, rayonun qəsəbə və kəndləri fasiləsiz təbii qaz, elektrik enerjisi, həmçinin dayanıqlı rabitə, poçt, geniş zolaqlı və simsiz internet xidmətləri ilə təmin edilib. Rayon mərkəzində yerləşən idarə, müəssisə və təşkilatlar üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilib. Bu gün rayonda fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin böyük əksəriyyəti yeni tikilmiş və yaxud əsaslı surətdə yenidən qurulmuş binalarda yerləşirlər. Muxtar respublikada yol-nəqliyyat sisteminin müasir tələblər səviyyəsində qurulması, rahat və təhlükəsiz hərəkətin təmin edilməsi ilə bağlı layihələr Babək rayonunda uğurla icra olunub. Ötən dövrdə Babək rayonunun da yol infrastrukturu yenilənib, yeni yollar salınıb, körpülər tikilib.

Qeyd olunub ki, 2018-ci ilin ötən dövründə Babək rayonu ərazisində yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilmiş, Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsinin, Babək qəsəbəsində 7 mərtəbəli 28 mənzilli yeni yaşayış binasının açılışı olub, məscid binası yenidən qurulub, mərasim evi tikilib. Babək rayonunun ucqar dağ və sərhəd yaşayış məntəqələri olan Aşağı və Yuxarı Buzqov kəndlərində də kompleks quruculuq işləri aparılıb, infrastruktur yenilənib. Həmçinin Nehrəm kəndindəki tarixi “İmamzadə” türbəsi də bərpa olunub. Rasim Hüseynov “Babək rayonunun təşkil olunmasının 40 illiyi” və yubiley münasibətilə rayon sakinlərinin təltif olunması ilə əlaqədar imzaladığı Sərəncamlara görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və “Rəşadətli əməyə görə” nişanına layiq görülənlərə müvafiq təltiflərin təqdimatı olub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 19 oktyabr tarixli Sərəncamına əsasən Babək rayonunun inkişafında fəaliyyətlərinə görə rayon sakinlərindən 2-si “Əməkdar dövlət qulluqçusu”, 3-ü “Əməkdar müəllim”, 2-si “Əməkdar həkim”, 2-si “Əməkdar kənd təsərrüfatı işçisi”, 1-i “Əməkdar mühəndis” fəxri adları, 4-ü isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Ali Məclisin Sədri fəxri adların döş nişanlarını və vəsiqələrini, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

“Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş Mirkərim Seyidov deyib: Bu gün Ulu Öndərimizin əsəri olan müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası etibarlı əllərdədir. Bütün sahələrdə inkişaf, tərəqqi var. Təhsil də hərtərəfli qayğı ilə əhatə olunub. “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmağımı təhsil işçilərinə göstərilən qayğı kimi dəyərləndirirəm. Çalışacağam ki, bundan sonra da öz fəaliyyətimlə ölkəmizin inkişafına töhfə verim:

Yüz min loğman yetirib, neçə şair, bəstəkar,

Vurğunumun dilində dolanıb diyar-diyar.

Məmməd Araz eşitsin, ya da şair Bəxtiyar,

Xoşbəxtəm ki, bu yurdun torpağıyam, daşıyam,

Mən bir qeyrət simvolu, yurdun vətəndaşıyam.

Sonra Naxçıvan Dövlət Televiziyasının Babək rayonunun 40 illiyi münasibətilə hazırladığı “Babək rayonu: dünən və bu gün” sənədli filminə baxış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib