BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə 7 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 1340 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4924 manata bərabər olmuşdur. Təklif və tələbin həcmi 1340 min dollar olmuşdur. Bundan sonra sessiyanın bağlanış məzənnəsi dəyizməz qalmışdır.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti orta hesablanmış məzənnə həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1,570 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 7,731 milyarddır. Bir əqdə orta hesabla 1288,5 min dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından BEST-də T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
Dekabrın 30-da BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]