BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8867 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 76 431 796,50 AZN olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi 0,0004 bənd qalxmışdır.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4 609 780 AZN-ə bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8865 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 91 milyon 395 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 81 041 576,50 AZN təşkil edir. Bir əqdə orta hesabla 10 155 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,02 faiz, ABŞ dolları üzrə isə 15,06 faiz təşkil etmişdir.
Avqustun 9-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]