Bakı Beynəlxalq Avtovağzal Kompleksi biletlərin qaytarılması ilə bağlı sərnişinlərə müraciət edib
Bakı, 25 mart, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) biletlərin qaytarılması ilə bağlı sərnişinlərə müraciət edib.
BBAK-dan AZƏRTAC-a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişinlərə geri qaytarılır.
Bu günədək 1715 sərnişin artıq biletini geri qaytarıb. Digər sərnişinlər də martın 29, 30, 31-də onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər.
Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sərnişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər.
Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması ilə bağlı martın 26-da etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]