Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Forumunda qlobal çağırışlara qarşı davamlılığı artırmaq məsələləri müzakirə edilib YENİLƏNİB

Bakı, 16 mart, AZƏRTAC

XI Qlobal Bakı Forumu çərçivəsində martın 16-da “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, İrqçiliyə qarşı Avropa Şəhərlər Koalisiyasının prezidenti Benedetto Zakkirolinin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin müavini Tomas Lamanauskas səhiyyə və sənaye sektorlarının vacibliyini qeyd edib. Bildirib ki, müharibə dağıntılarının fəsadlarının qarşısını almaq üçün çalışmaq lazımdır.

Problemlərlə mübarizədə müqavimətin dayanıqlı olmasının əhəmiyyətindən bəhs edən Tomas Lamanauskas deyib: “COVID zamanı keçirdiyimiz şoklardan nəticələr çıxarmalıyıq. Bunların yenidən təkrarlanmaması üçün tədbirlərimizi əsirgəməməliyik”.

Çex Respublikasının sabiq Baş naziri Yan Fişer Qlobal Bakı Forumunda iştirakına görə məmnunluğunu ifadə edib. Dünyanın üzləşdiyi yeni çağırışların günbəgün artdığını söyləyən Yan Fişer diqqətə çatdırıb: “Yaşadığımız dünya bir çox mürəkkəblikləri özündə ehtiva edir. Bu baxımdan biz çox əziyyət çəkirik. Dünya özü paradoksdan ibarətdir”.

İqlim dəyişikliklərinin tektonik şəkildə cərəyan etdiyini deyən Yan Fişer bildirib: “Biz postqloballaşan dünyada yaşamaq məcburiyyətindəyik. Özümüzü sanki pandemiyadan çıxmamışıq kimi hiss edirik. Parçalanmaya məruz qalan dünyada problemlərin həllini tapmaq üçün buna uyğun davranmalıyıq. Avropa ölkələri artıq ən yaxşı təcrübələrini sərgiləmirlər. Avropada qarşılaşdığımız təhdidlər çox nəhəngdir”.

Birləşmiş Millətlər Təşkilatının Somali üzrə sabiq xüsusi elçisi, Mavritaniyanın keçmiş xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmedou Ould-Abdallah miqrasiyanın narahatlıq doğuran əsas məsələlərdən biri olduğunu deyib. Bildirib ki, Cənubda əhali Şimalla müqayisədə daha acizdir. Burada dərin miqrasiyaya səbəb olan amillər var. Həmin amillərin ən başlıcası silahlı münaqişələr, müharibələrdir.

“Kənar müdaxilələr problemi daha da alovlandırır ki, bu da miqrasiyaya səbəb olur. İnsanlar daha yaxşı məkanlara köçmək məcburiyyətində qalırlar. Hazırda 100 milyon miqrant və köçkün var. Bu da yerli hökumətlər tərəfindən idarə olunmalıdır ki, onların təhlükəsizliyi təmin edilsin. Onlar köçkün olaraq daha ağır həyata məruz qalırlar. Miqrantlar işsiz qaldıqlarına görə mütəşəkkil cinayətkarların hədəfi olurlar”, - deyə o vurğulayıb.

Panel iclasda çıxış edən 2014-cü il üzrə Nobel Sülh Mükafatı laureatı Kaylaş Satyarti qeyd edib ki, biz çox füsunkar dünyada yaşayırıq. Lakin çox vaxt istədiklərimizi reallaşdıra bilmədiyimiz məlumdur. “Əlli milyona yaxın qadın, kişi, uşaq insan alverinin qurbanına çevrilib. Bunlar, sadəcə, rəqəmlər deyil. Hər birinin arxasında simalar, insan taleyi durur. Müharibələri dayandırmasaq insanların həyatı məhv olunmağa davam edəcək” , - deyə o vurğulayıb.

Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun icraçı direktoru, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmihan Elouafi müharibələrin ayrı-seçkilik gətirdiyini söyləyib. “Biz müharibələrlə bağlı etirazımızı bildirməsək tarix bizi bağışlamaz. Mən özümü ana olaraq xoşbəxt hiss etmirəm. Çünki analar var ki, uşaqlarına yemək tapa bilmir. Qida, su insan hüquqlarının başlanğıcıdır. Milyonlarla insan bu hüquqlardan məhrum olub. Buna səbəb olan müharibələr dayandırılmalıdır. İnsanlar sağ qalmaq üçün mübarizə aparırlar. Biz artıq onları heç bir müsbət əhvali-ruhiyyəyə kökləyə bilmirik”, - deyə İsmihan Elouafi qeyd edib.

Beynəlxalq Elm Şurasının baş icraçı direktoru Salvatore Ariko pandemiyanın yaratdığı yeni mühitin süni intellektin genişlənməsinə yol açdığını vurğulayıb. Deyib ki, bu da iş yerlərinin dayanıqlılığına təsir göstərdi.

Bu vacib Forumun təşkilinə görə təşəkkürünü ifadə edən Salvatore Ariko, həmçinin bildirib: “Qlobal Bakı Forumunda müzakirələr zamanı biz siyasi müstəvidə fikir mübadiləsi apardıqda elmə də yer verməliyik. Mövcud problemlər hər bir ölkənin qarşısında dayanır. Biz həmin məsələlərin həlli baxımından elmə daha çox söykənməliyik. Bu da özlüyündə bir diplomatiyadır və lazımi dəyişikliklərə təkan verir”.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin sabiq baş direktoru Valter Fust bildirib ki, 2030 gündəliyində yer alan üç əsas məsələ iqtisadiyyatın, cəmiyyətin və ətraf mühitin inkişafıdır. Burada dördüncü məsələ isə iqlim dəyişikliyidir.

Bərabərsizliyin aradan qaldırılması üçün birgə yaşamağı təmin etməyin vacibliyini vurğulayan V.Fust inkişafsız təhlükəsizliyin olmadığını, inkişafın isə təhlükəsizliyin olmadığı yerdə mövcud olmadığını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Qloballaşma və İnkişaf Strategiyaları şöbəsinin direktoru Riçard Kozul-Rayt panel iclasında çıxış edərək bərabərsizliyin azaldılması ilə bağlı tədbirlərin görülməsinin vacibliyi məsələsindən bəhs edib. “Əsas məqsəd yoxsulluqdan xilas edilmə olmalıdır. Bizim qarşımızda bir sıra çətinliklər dayanır. Qərəzlilik son 30 ildə daha da dərinləşib. Əvvəlcə bərabərsizliyin səbəblərini araşdırmalıyıq. Bu problemi azaltmaq üçün texnologiya köməyimizə gələ bilər. Təəssüf ki, hər kəs qabaqcıl kommunikasiyalardan bəhrələnə bilmir. Mənəviyyata söykənən dünyadan kənarlaşdıqca bərabərsizlik daha da artacaq”, - deyə o bildirib.

Panel iclası işini müzakirələrlə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır