“Bakı İnvestisiya Günü” 6 startap investisiya müsabiqəsində qalib olub
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Bakıda regionun əsas investisiya və startap tədbiri olan “Bakı İnvestisiya Günü”nün (“Baku ID”) çərçivəsində keçirilən startaplar arasında müsabiqəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak edən 200-dən çox startap arasında 6-sı finalçı olub. "Bakı İnvestisiya Günü 2023" müsabiqəsinin qalibləri "Perkskit", "Oxuyan.az", "SupplyBuilds", "Codiplay", "Metatesk", "Ziv4", "Monyo.az" komandaları olub.
Qeyd edək ki, 2 günlük tədbir çərçivəsində 3 min 500-dən çox iştirakçı, 1000-dən çox investor, 200-dən çox startap iştirak edib.