“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin xidmət masası fəaliyyət göstərir
Bakı, 19 yanvar, AZƏRTAC
“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlar dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin, gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin, üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının idxalına və ixracına icazə, özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə DIN-dən razılıq məktubunun alınması üçün xüsusi rəyin, əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə DİN-dən xüsusi icazənin alınması üçün rəyin və dərman vasitələri haqqında məlumatın verilməsi üçün nazirliyin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər.
Qeyd edək ki, “Bakı KOB evi” (ünvan: Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.