Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanda koronavirus infeksiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bakı Konqres Mərkəzi Azərbaycan Prezidentinin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib.
Bu barədə AZƏRTAC-a Bakı Konqres Mərkəzindən məlumat verilib.
Məlumatda, həmçinin qeyd olunur ki, Bakı Konqres Mərkəzində mart və aprel aylarında nəzərdə tutulan tədbirlər artıq təxirə salınıb. İnanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]