Bakı Metropoliteninin əməkdaşı metroda vəfat edib
Bakı, 16 iyul, AZƏRTAC
Bakı Metropoliteninin əməkdaşı metroda vəfat edib.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib.
Bəxtiyar Məmmədov bildirib ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib: “Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]