MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyası Orta ixtisas musiqi məktəb-studiyasının hesabat konserti olub
![](/files/galleryphoto/2023/2/1200x630/16887169452546119795_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688716945450101574_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887169455791935606_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688716945308056594_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887169456240436474_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887169454864049582_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Orta ixtisas musiqi məktəb-studiyasının hesabat konserti keçirilib.
Məktəb-studiyadan AZƏRTAC-a bildirilib ki, konsert məktəbin yaradıcısı, professor Tərlan Seyidovun xatirəsinə həsr olunub.
Tədbiri məktəb-studiyanın baş metodisti Natəvan Fərzəliyeva açaraq şagirdləri təqdim edib.
Konsertdə Əməkdar müəllimlər Ayişə Əliyeva, Nərgiz Mansurova, Əməkdar artist, dosent Fikrət Məmmədov, dosent Arzu Rzayeva, eləcə də müəllimlərdən Nəzrin Əmirli, Nərminə Əliverdizadə, Firuz Hüseynov, Ofeliya Axundova və Nuranə Zeynalovanın yetirmələri zəngin proqramla çıxış ediblər.
Konsertin ilk iştirakçıları 1-ci sinif şagirdləri olub. Onlar hələ bu böyük səhnənin məsuliyyətini dərk etməsələr də, öz ifaları ilə müəllimlərini və valideynlərini sevindiriblər.
Konsert boyu məktəb-studiyanın şagirdləri A.Gedikenin “Rəqs” (e moll), Y.Doljikovun “Laduşki”, “Arişka”, T.Quliyevin “Cəmilənin albomu” məcmuəsindən “Vals”, Leonid Koçetovun “Reqtaym”, K.Sen-Sansın “Heyvanların karnavalı” silsiləsindən “Qu quşu”, İ.S.Baxın d moll konsertinin I hissəsi, İlahə Qismətin “İki pyes”, R.Şumanın 1№-li “Novelletta” (f dur) və digər əsərləri səsləndiriblər.
Hesabat konserti yarım il ərzində uğurlu tədris prosesini göstərməklə yanaşı, unudulmaz Tərlan Seyidovun xatirəsinə ehtiramın təzahürü idi.