Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və uçuşlar beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:07]
İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir
- 28.09.2026 [17:02]
“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb
- 28.09.2026 [16:53]
Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq
- 28.09.2026 [16:52]
® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!
- 28.09.2026 [15:51]