Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Bakı, 8 avqust, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət edib.
Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. “Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əllərini pəncərədən çölə çıxarırlar. Bu da idarəetməni çətinləşdirir və qəza riskini artırır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır. Belə hal aşkarlandığı təqdirdə, sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq, qırx manat məbləğində cərimə tətbiq ediləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir”,- deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:59]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:27]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:25]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:24]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:18]