Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Bakı, 19 may, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin, o cümlədən paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri, çimərliklərin vəziyyəti, şəhərin ümumi görünüşünə xələl gətirən tikililər, sanitar təmizlik, yay mövsümünə hazırlıq, qanunsuz tikililərlə mübarizə və digər məsələlər müzakirə edilib. Bəzi yerlərdə nöqsanların mövcudluğu vurğulanıb, rayonlar üzrə monitorinq zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş olunub.
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı, hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:18]
Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub
- 01.10.2026 [15:06]
Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]