“Bakı şəhər turu” ilin sonunadək pulsuz həyata keçiriləcəkdir
Bakı, 16 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Bakı şəhər turu” (“Baku City Tour”) layihəsi ilin sonunadək davam edəcəkdir. Bu məqsədlə ayrılan avtobuslar bundan sonra Nəqliyyat Nazirliyi ilə bağlanan müqavilə əsasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya mərkəzlərinin nəzdində fəaliyyət göstərəcəkdir.
Bu barədə AZƏRTAC-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat vermişdir. Nazir bildirmişdir ki, layihədə bir sıra dəyişikliklər də nəzərdə tutulmuşdur. İndiyədək 3 saat müddətində reallaşdırılan siti-turlar bundan sonra 1 saat 20 dəqiqə ərzində həyata keçiriləcəkdir.
“Bakı şəhər turu” ilin sonunadək ödənişsiz həyata keçiriləcəkdir. Bu da turun şəhər sakinləri arasında təbliği ilə bağlıdır. Gələn ildən isə bu turlar pullu olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]