Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib
Bakı, 30 avqust, AZƏRTAC
Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.
Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]