Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də isə işlər davam edir
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıda 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramına tədris ili başa çatan kimi start verilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
“İşlər mərhələli şəkildə aparılır ki, şəhərdə hərəkətə təsir minimum olsun və təmir mümkün qədər qısa müddətdə yekunlaşsın. Bu günədək 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15 küçədə isə işlər davam edir. Yeni tədris ili başlamazdan əvvəl şəhərin mərkəzi hissəsini əhatə edən Yasamal, Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında proqram üzrə nəzərdə tutulan işlər tam başa çatdırılıb - 12 rayon, 110 küçə və prospekt. Məqsəd - rahat və təhlükəsiz gediş-gəliş”, - deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:31]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.09.2026 [13:25]
Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
- 30.09.2026 [12:48]
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
- 30.09.2026 [12:46]
Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]