Bakıda 8-ci Oyun Tərtibatı Düşərgəsi və Ekosistem Görüşmələri keçirilir
Bakı, 7 sentyabr, AZƏRTAC
Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin dəstəyi, İnnovasiyalar Mərkəzi və Bilişim Vadisi DIGIAGE (DIGIAGE Rəqəmsal Oyun və Animasiya A.Ş.) koordinatorluğu ilə Bakıda, Azərbaycan Texniki Universitetində (AzTU) 8-ci Oyun Tərtibatı Düşərgəsi və Ekosistem Görüşmələri keçirilir.
AZƏRTAC xəbər verir ki, DIGIAGE oyun sənayesinə daha çox insan resursları qazandırmaq, sektorun güclənməsinə töhfə vermək, dövlət qurumları ilə sektor arasında körpü olmaq, yeni inkişaf etməkdə olan oyun studiyalarının inkişafına töhfə vermək və gənclərin həm öz bacarıqlarını, həm də sektorun gözləntilərini qısa müddətdə kəşf etməsi nəticəsində şüurlu sahibkar olmalarına dəstək olmaq məqsədi daşıyır.
DIGIAGE düşərgə sonrası potensialı olan komandaların pulsuz şəkildə şirkətlərini quracaq, ilkin mərhələdə investisiya ayrılacaq və onlar Bilişim Vadisi Girişim Sərmayəsi Yatırım Fondu ilə əlaqələndiriləcəklər.