Bakıda “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər komissiyasının iclası keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər komissiyasının iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib, hakimlər heyətinin tərkibi və müsabiqənin epizodlarının keçiriləcəyi yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.