Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb VİDEO

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Bakıdakı Muzey Mərkəzində Türkiyənin Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) arxivlərində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı qorunub saxlanılan fotoşəkillərdən ibarət “Heydər Əliyev Anadolu Agentliyinin və AZƏRTAC-ın obyektivlərində” adlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Anadolu Agentliyinin və AZƏRTAC-ın təşkilatçılığı, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sərginin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ümummilli lider Heydər Əliyevə həsr olunmuş belə bir sərgidə iştirak etməkdən məmnun olduğunu söyləyib. Şöbə müdiri deyib ki, artıq 11 ildir ümummilli lider Heydər Əliyev aramızda yoxdur, lakin onun nurlu xatirəsi Azərbaycan xalqının, onu tanıyan Türkiyə, eləcə də digər ölkələrin vətəndaşlarının qəlbində yaşamaqdadır. Ümummilli Liderin ideyaları, həyata keçirdiyi siyasət, yorulmaz fəaliyyəti onun nurlu xatirəsini insanların qəlbində əbədi edən əsas dəyərlərdir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev xalqımızın, dövlətimizin tarixində özünə əbədi yer tutub.

Əli Həsənov bildirib ki, bu sərginin keçirilməsi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın, böyük sevginin bariz göstəricisidir. Azərbaycan jurnalistlərinin, ziyalılarının, elm, təhsil, mədəniyyət adamlarının, o cümlədən ictimaiyyətin nümayəndələrinin bu sərgidə iştirakı bir daha Ümummilli Liderin xatirəsinə, onun yaratdığı böyük Azərbaycana hörməti nümayiş etdirir.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, türk dünyasında, türk mədəniyyətində, ədəbiyyatında özünəməxsus yeri, rolu və hörməti olan bir alimin - Yunus Əmrənin adını daşıyan Mədəniyyət Mərkəzinin bu tədbiri təşkil etməsi, eyni zamanda, türk dünyasının digər böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevə məhəbbətin nəticəsidir. Bilirsiniz ki, türk dünyası özünün ictimai, siyasi, iqtisadi dəyərləri ilə bərabər dünyanın elm, mədəniyyət, incəsənət, siyasət tarixinə bəxş etdiyi dəyərli insanları ilə də tanınır. Bunların sırasında Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün, Yunus Əmrənin və digərlərinin adlarını çəkmək olar. Azərbaycan tarixində də belə şəxsiyyətlər var, onları siz də tanıyırsınız. Təbii ki, həmin şəxsiyyətlərdən danışarkən, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı çəkilir və onun xatirəsi ehtiramla anılır.

Əli Həsənov bu sərginin təşkilinə görə bir daha Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinə, Anadolu Agentliyinə, AZƏRTAC-a və Muzey Mərkəzinə təşəkkürünü bildirib. Şöbə müdiri vurğulayıb ki, Ümummilli Liderin xatirəsinə dərin hörmət və sevginin əlaməti olan belə gözəl sərgilər Azərbaycanda və Türkiyədə hər zaman keçiriləcək, insanlar Ulu Öndərin həyatının ayrı-ayrı səhifələri ilə yaxından tanış olacaqlar.

Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas deyib ki, unudulmaz lider Heydər Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı və qısa bir zamanda böyük inkişaf yolu keçərək bölgədə söz və güc sahibinə çevrildi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur duyduğu nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev mənsub olduğu xalqın qəlbində əbədi sevgi qazanıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı öz böyük oğlunun xatirəsini daim hörmət və ehtiramla yad edir.

M.Barlas Türkiyə ilə Azərbaycan arasında sağlam təməllər üzərində qurulan dostluq və qardaşlıq əlaqələrinin davamlı inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.

TRT televiziya kanalının baş direktoru Şenol Göka ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını hər dəfə eşidəndə qürur hissi keçirdiyini söyləyib. O deyib ki, Ulu Öndərin bu ölməz kəlamı indi də öz aktuallığı ilə diqqəti cəlb edir. Xalqlarımız, dövlətlərimiz daim bir yerdə, bir-birinin yanındadır.

Şenol Göka ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar təşkil edilmiş fotosərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib və vurğulayıb ki, bu, hər iki xalqın sevdiyi dahi şəxsiyyətə sonsuz məhəbbətin əyani təsdiqidir.

Yunus Əmrə İnstitutu direktorunun müavini Şenol Çobanoğlu deyib ki, müasir Azərbaycanın qurucusu olan Heydər Əliyev dünya şöhrətli siyasi xadim olmaqla bərabər, elm, mədəniyyət, sənət adamlarına dəyər verən dahi bir şəxsiyyət idi. Bu gün iki qardaş ölkənin aparıcı informasiya agentliklərinin təşkil etdikləri sərgidəki fotoşəkillərə baxanda böyük liderin həyatının və fəaliyyətinin müxtəlif anları gözlərimiz önündə canlanır. Bu fotolar yaddaşa hopmuş tarixdir və gələcək nəsillərin Ümummilli Lideri tanıması baxımından da böyük əhəmiyyətə malikdir.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış edərək bildirib ki, sərgidə dahi şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolunun, zəngin dövlətçilik fəaliyyətinin çox maraqlı anları əksini tapıb. Bu fotoşəkillər iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin milli informasiya agentliklərinin arxivlərində çox qiymətli sərvət kimi qorunub saxlanılır.

Aslan Aslanov deyib ki, ulu öndər Heydər Əliyev öz misilsiz xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

Baş direktor deyib: “Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri var. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, milli dövlətçiliyimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük”.

Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev praqmatik lider və dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirir.

“Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqillik yollarına, xalqımızın sabahına daim işıq saçacaq”, - deyən Aslan Aslanov vurğulayıb ki, nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaddaşlarda əbədi yaşayacaq. Açılışına toplaşdığımız bu sərgi dahi şəxsiyyətlə bağlı xatirələrimizi təzələyəcək, onun böyük və mənalı ömür yolunun ayrı-ayrı epizodlarını göz önündə canlandıracaq.

Anadolu Agentliyinin baş direktorunun müavini Əbubəkr Şahin Azərbaycanda olduğu kimi, Türkiyədə də ümummilli lider Heydər Əliyevə böyük sevgi və hörmət bəslənildiyini söyləyib. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olduğunu diqqətə çatdırıb.

Ə.Şahin Anadolu Agentliyinin bu sərginin təşkilatçılarının biri olmasından məmnunluğunu qeyd edib. Baş direktorun müavini Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çox önəmli məqamların əks olunduğu bu fotoşəkillərin ziyarətçilərdə böyük maraq doğuracağına əminliyini bildirib.

Sonra mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin həyatının ən maraqlı anlarının əks olunduğu fotolardan ibarət sərgi ilə tanış olublar.

Bu fotoşəkillər Ümummilli Liderin zəngin həyat və fəaliyyətinin ən qiymətli yadigarlarıdır. Onlar bizə Ulu Öndərlə bağlı əlamətdar tarixi anları xatırlamaq, mənsub olduğu xalqın və qurub yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin həyatında silinməz iz qoymuş bu dahi şəxsiyyətin böyüklüyünü bir daha çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Ulu Öndərin sevincini, kədərini, qürurunu, böyüklüyünü yaşadan bu fotoşəkillər həm indiki, həm də gələcək nəsillərə bir ərməğandır. Bu fotoşəkillər həm də Azərbaycan adlı bir müasir müstəqil dövlətin qurucusunun yorulmaq bilməyən fəaliyyətinin göstəricisidir. Burada vaxtın dəyəri görülən işlərlə ölçülür. Əgər bir şəkildə o övladlarının əhatəsindədirsə, digərində xalqın arasındadır. Əgər bu fotoşəkillərin bir qismi Bakıda çəkilibsə, digərləri dünyanın dörd bir yanında fotoaparatın yaddaşına köçürülüb. Burada zəngin və bənzərsiz bir ömrün anları, hamıda maraq və heyrət doğuracaq əzəli və əbədi bir siyasi xadimin dünəni, bu günü və gələcəyi öz əksini tapıb.

Fotosərgi ilə tanış olan hər bir kəs burada görkəmli dövlət xadiminin Azərbaycan dövlətini yaratmaq naminə yorulmaq bilməyən fəaliyyətini, insana və insanlığa sevgisini, dövrünün böyük səlahiyyət sahibləri ilə səmimi görüşlərini görəcək və mənən qürur duyacaq.

Böyük ustalıqla seçilmiş dəyərli fotoşəkillərdən ibarət sərgini ölkəmizin həyatında çox böyük rol oynamış, Azərbaycan naminə bu gün də riyazi dəqiqliklə işləyən kursu müəyyən etmiş Heydər Əliyevin həyat salnaməsi də adlandıra bilərik.

Üç gün davam edəcək sərgidə AZƏRTAC-ın və Anadolu Agentliyinin arxivlərindən seçilmiş   100-ə yaxın fotoşəkil nümayiş olunur.

Sərginin açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, qardaş ölkədən gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər.

Bakıda “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə