Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
Bakı, 15 may, AZƏRTAC
Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları iştirak edəcəklər.
200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 60 yeniyetməni sınaqdan keçirəcək.
Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:50]