Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 14-cü gününün yarışlarına start verilib
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 14-cü günü start götürüb.
AZƏRTAC xəbər verir ki, bu gün 50 metr məsafədən qaçan hədəfə atəşaçma üzrə qarışıq komanda yarışı keçirilir.
Qeyd edək ki, iyulun 21-də başlayan Avropa çempionatına bu gün yekun vurulacaq.