Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun növbəti mükafatçıları müəyyənləşib
Bakı, 3 may, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə ilk olaraq gənclərdən ibarət qrup hərəkətləri komandaları halqa və gürzlərdə qüvvələrini sınayıblar.
İki hərəkətin cəminə görə ən çox xalı toplayan Bolqarıstan yığması (51.150) qızıl medala layiq görülüb. Ukrayna (47.850) gümüş, İsrail (46.500) isə bürünc mükafata sahib çıxıb.
Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət Azərbaycan millisi (41.400) isə yeddinci yeri tutub.
Qeyd edək ki, turnirə mayın 4-də yekun vurulacaq.