Bakıda Kibertəhlükəsizlik Günləri çərçivəsində “Taxt Oyunları” formatlı kiber yarış keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Kibertəhlükəsizlik Günləri çərçivəsində Bakıda keçiriləcək “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransı çərçivəsində “Taxt Oyunları” (Game of Thrones) formatlı kiber yarış baş tutacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-23-də Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” adlı konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək. “ICSD 2023” çərçivəsində 2 konfrans, 1 kibermüsabiqə, 13 panel təşkili və 92 mütəxəssisin çıxışı gözlənilir.
“Taxt Oyunları” (Game of Thrones) formatlı kiber yarış tədbirin keçiriləcəyi məkanda baş tutacaq və 6 saat davam edəcək.
Kiber yarış 2 və ya 3 üzvdən ibarət olmaqla, komandalar arasında baş tutacaq. Seçiləcək 10 komanda müsabiqə zamanı verilən tapşırıqların həllini mümkün ən qısa zamanda təmin etmək uğrunda mübarizə aparacaqlar. Məhdud vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirən və ən yüksək xal toplayan komanda “Taxt”ın sahibi (qalib) elan olunacaq. Qalib komandanın üzvləri xüsusi mükafatlarla təltif ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]