Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir
Bakı, 5 iyun, AZƏRTAC
Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçiriləcək və iyunun 8-dək davam edəcək işçi görüşdə “Elektron təhsil modulu” mövzusunda müzakirələr aparılacaq.