Bakıda quldurluq yolu ilə telefon əldə edən şəxs saxlanıldı
Bakı, 18 iyul, AZƏRTAC
Bakıda quldurluq yolu ilə telefon əldə edən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 12-də Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 1988-ci il təvəllüdlü Rəvan Baxışov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]