Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Sabantuy tatar milli bayramı qeyd edilib - YENİLƏNİB

Bayram tədbirində Tatarıstanın Rəisi Rüstəm Minnixanov iştirak edib

Bakı, 18 iyun, AZƏRTAC

Bakı Dənizkənarı Bulvarının ərazisində Sabantuy tatar milli bayramı qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Bu il bayram Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Qonaqlar əvvəlcə Dənizkənarı Bulvarın ərazisində yaradılmış tematik guşələrlə tanış olublar.

Sonra Azərbaycanın və Tatarıstanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Bayram bayrağını Qarabağ müharibəsi qazisi Rasim Yaxin və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar.

Qonaqları salamlayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Rüstəm Nurqaliyeviç, Sizi salamlamaq və bu gün Bakıda keçirilən tədbir ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmaq mənim üçün böyük şərəfdir. Azərbaycan ilə Rusiyanı sıx əlaqələr birləşdirir. Vurğulamaq istədiyim məqamlardan biri ondan ibarətdir ki, Rusiya və Azərbaycan beynəlmiləl dövlətlərdir. Bakıda tatar diasporunun fəaliyyəti həmin dostluğun, sülh şəraitində yaşamağın, inkişaf və tərəqqinin parlaq nümunəsidir”.

Nazir Tatarıstanın Rəisi R.Minnixanovun azad olunmuş ərazilərə dünənki səfərinə toxunub: “Siz dünən Azərbaycan Respublikasının Prezidenti ilə birlikdə Zəngilan və Cəbrayılda oldunuz. Tatarıstan kompaniyalarının da azad olunmuş ərazilərin bərpasında bizə kömək edəcəyi heç də təsadüfi deyil. Siz iqtisadiyyata və təsərrüfata yaxşı bələd olan dövlət xadiminə xas olan çox qiymətli təcrübənizlə həyata keçiriləcək vəzifələrin və işlərin tam həcmini gördünüz. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həm iqtisadiyyatın bərpası, həm də bizim qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz doğma yurdlarına qayıtması üzrə vəzifələr yerinə yetiriləcək”.

M.Cabbarov dəfələrlə Tatarıstana səfər etdiyini və bu respublikanın sosial-iqtisadi inkişafının nəticələri ilə əyani şəkildə tanış olduğunu qeyd edərək əlavə edib ki, Tatarıstan bir çox sosial-iqtisadi göstəricilərə görə Rusiya Federasiyasının subyektləri arasında liderdir.

Nazir çıxışının sonunda deyib: “Bugünkü tədbir də Azərbaycanda bütün ilboyu olduğu kimi, dövlətçiliyin və Azərbaycanın müasir simasının rəmzi olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev İli” çərçivəsində keçirilir. Heydər Əliyevin Mintimer Şaymiyev ilə xüsusi münasibətləri Azərbaycan ilə Tatarıstan arasında münasibətlərin təməlini qoyub. Onu da qeyd etmək istərdim ki, bu gün Siz İlham Heydər oğlu ilə birlikdə hamıya dostluq və qarşılıqlı əməkdaşlıq örnəyi nümayiş etdirirsiniz”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Tatarıstanın Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri ölkəmiz üçün çox mühüm hadisədir. O deyib: “Tatarıstanın Rəisi azad olunmuş ərazilərdə bizim tariximizin faciəli səhifələrinin canlı şahidi oldu. Biz Sizin dəstəyinizi hiss edirik. Buna görə Sizə minnətdaram. Bizim Tatarıstanla qardaşlığımız Rusiya ilə müttəfiqlik əlaqələrimizin tərkib hissəsidir. Çox şadıq ki, bu gün Tatarıstanda belə gözəl hadisələr baş verir. Elə bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri ilə birlikdə Kazana səfər etdik və tatar xalqının nailiyyətlərinin şahidi olduq, həmçinin sizin gözəl paytaxtınızı gördük”.

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycanda Sabantuyun bayram edilməsi ənənəvi xarakter daşıyır. O əlavə edib ki, bayram bu gün daha böyük məna kəsb edir, çünki Tatarıstanın Rəisinin iştirakı ilə keçirilir.

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib ki, gözəl və qardaş şəhər olan Bakıda olmaq onun üçün böyük şərəfdir: “Biz bu gün təkcə belə böyük bayram olan Sabantuyu qeyd etmirik, həm də çox gözəl insan Heydər Əliyevin xatirəsinə ehtiramımızı ifadə edirik. O, Sovet İttifaqının inkişafına böyük töhfə verib. Heydər Əliyev respublikamızın ən yaxın dostu və bax bu gözəl ölkənin böyük xidmətləri olan atası idi”.

Sonra bir sıra şəxslərə Tatarıstan Respublikasının dövlət mükafatları təqdim edilib.

Qeyd edək ki, “Baursak evi" adlanan sahədə çayxana kimi stilizə edilmiş fotozona təqdim olunub. Orada iştirakçılar, həmçinin tatar şirniyyatları, çay, keramika və “baursak” adlanan şirniyyatlara qonaq edilib. Bundan əlavə, burada taxta samovar şəklində çay stendlərində milli naxışların çəkilməsi üzrə ustad dərsi keçirilib.

“Milli müdriklik evi” adlanan sahədə tatar ictimai xadimlərinə və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mənəviyyat, mədəniyyət, maarifçilik” adlı sərgi ekspozisiyası hazırlanıb. Burada, həmçinin soyağacının tərtibi, maqnitlərin, tatar ilahiyyatçısı Rizaetdin Fəxrəddinin sitatları olan nişanların, stolüstü molbertlərin üzərində tatar ornamentlərinin, tatar qadın başgeyimləri- kalfakların hazırlanması, milli naxışlarla rəsmlərin çəkilməsi üzrə tematik ustad dərslərində iştirak etmək mümkün olub.

Mədəni tədbirin proqramı çərçivəsində xalq sənəti yarmarkası və müxtəlif müsabiqələr də keçirilib.

Sabantuy iştirakçıları tatar güləşi, qaşıqla qaçış, torbada qaçış, boyunduruq ilə qaçış, pəhləvan çəkici, “Dost ailə” və s. idman-əyləncə oyunlarında da iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb