Bakıda “Slovenia Medical” kurortlar birliyinin təqdimatı keçirilmişdir
Bakı, 7 iyun (AZƏRTAC). Bakıda “Slovenia Medical” müalicəvi kurortlar birliyinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Millennium Tourism&Congress DMC” şirkətinin direktoru Ruslan Quliyev Sloveniyanın turizm təmsilçilərinin Azərbaycan ilə sıx əməkdaşlıqda maraqlı olduğunu söyləmişdir.
Bu ilin fevralında bu istiqamətdə ilk təqdimatın gerçəkləşdiyini xatırladan R.Quliyev qeyd etmişdir ki, hər iki ölkədə mövcud olan çoxlu sayda termal və müalicəvi kurortlar ikitərəfli turizm əlaqələri üçün geniş imkanlar açır. Bunu nəzərə alaraq biz də Azərbaycan ilə Sloveniyanın qarşılıqlı tanıtımını təşkil etmək istəyirik. Budəfəki görüşdə “Slovenia Medical” müalicəvi kurortlar birliyinin tərkibində turizm xidməti göstərən 6 böyük tibb mərkəzinin nümayəndələri iştirak edirlər.
Tədbirdə qonaqlar təmsil etdikləri istirahət-müalicə müəssisələri haqqında məlumat vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]